Главная > Maraqlı > Masallıda “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir

Masallıda “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir


15-09-2022, 17:55. Разместил: admin44

Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı altında Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti  tədbir keçirilib. Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları,  Dini Qurumlar işi üzrə Dövlət Komitəsinin(DQİDK) Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri Elvin Hüseynli, Ehtiyatda olan Zabitlər Konfederasiyası sədr müavini, Birinci Qarabağ, Vətən müharibəsi veteranı Camaləddin Məmmədov,  Asan xidmət könüllüləri, şəhid ailələri, mədəniyyət işçiləri və gənclər iştirak edib.

Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyətindən danışaraq, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağı  hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd etdi. Ə. Tağıyeva sentyabr  ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında  məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə etmiş oldu.

Tədbirdə çıxış edən müharibə veteranı Cəmaləddin Məmmədov ,DQİDK-nın  Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri Elvin Hüseyinli,  “Ümidim sənsən” ictimai sosial birliyin nümayəndəsi Fidan Abbaslı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edildiyindən ətraflı danışdılar. Natiqlər qeyd etdilər ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullar heç zaman unudulmayacaq. Onların ailələri və övladlarına daima dövlətin qayğısı göstərilir.

Sonra tədbirdə iştirak edən şəhidlərin doğmaları,  qazilərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə, bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlığını ifadə etmiş oldular.

Yekunda  sentyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçıları tərəfindən  “Təşəkkürnamə” lər  təqdim olunub, xatirə şəkilləri çəkildi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад