Главная > Maraqlı > Baş Prokurorluq: Masallıda 69 yaşlı qadın qətlə yetirilməyib

Baş Prokurorluq: Masallıda 69 yaşlı qadın qətlə yetirilməyib


15-09-2022, 17:00. Разместил: admin44

Bəzi media qurumlarında, o cümlədən “qafqazinfo.az” saytında guya Masallı rayonunun Hacıtəpə kənd sakini 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidməti ilə hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya tərəfimizdən təkzib olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada vəfat edib.

Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiqləyib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam etdirilir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад