Главная > Maraqlı > “Dastanlara dönəydi hər kəsin ömür yolu”
“Dastanlara dönəydi hər kəsin ömür yolu”19-09-2022, 13:07. Разместил: admin44 |
Yeni kitablar Bu günlərdə Bakının “Elm və təhsil” nəşriyyatında Yazıçı-publisist Ələşrəf Niftiyevin geniş oxucu kütləsi üçün nəzərdə tutulan 124 səhifəlik “Dastanlara dönəydi hər kəsin ömür yolu” kitabı çap edilib. Müəllifin sayca 15-ci kitabının nəşrində amalı və məqsədi bundan əvvəlki kitablarında, yüzlərlə iri həcmli məqalə və yazılarında toxunduğu cəmiyyətdə intellekt sahibi kimi tərəqqiyə can atmaq, inkişaf ilə ayaqlaşmaq, aqil insan kimi işində, Vətəni sevməklə azərbaycançılıqla fəxr etmək, ictimai mövqeyində fəal rolunu nümayiş etdirmək, bəzi sahələrdə cəmiyyətə zidd təzahürlərə sağlam tənqid və prinsipial mövqe tutmaq, ailəyə, uşaq və gənclərə milli-mənəvi və əxlaqi keyfiyyətləri çatdırmaq məsələləri ön plandadır. Mülahizə və rəyləri geniş həyat təcrübəsi və xidmətləri ilə tanınan müəllif və ağsaqqalın, tanınmış yaradıcı ziyalının oxucularına səmimi qəlblə ünvanladığı xeyirxah çağırışıdır. Burada məqsəd, oxucu bunlardan faydalansın, hər bir uğurumuzu dəyərləndirsin, müsbət addımları müqəddəs addımlarında əsirgəməsin. Hesab etmək olar ki, əsərdə sadalanan qayğılar, problemlər mərhəmətlə, saf ürək isintisi və döyüntüsü ilə ağsaqqal və təcrübəli yazar kimi hər bir oxucunun qəlbinə geniş yol tapacaqdır. Kitab Masallı Rayon Ağsaqqallar Şurasının təşəbbüsü, təşkilat rəhbərinin maddi dəstəyi ilə nəşr olunub. “Dastanlara dönəydi hər kəsin ömür yolu” kitabının elmi redaktoru və ön sözün müəllifi, pedaqogika elmlər doktoru, Professor Fərahim Sadıqov, məsləhətçi və rəyçiləri tarix elmləri doktoru, Professor Musa Quluzadə, şair Nurməmməd Ağa, tərtibçi redaktoru AJB-nin üzvü, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayevdir. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |