Главная > Maraqlı > Masallıda “Vətəni ucaldan şəhidlər” mövzusunda tədbir
Masallıda “Vətəni ucaldan şəhidlər” mövzusunda tədbir20-09-2022, 17:13. Разместил: admin44 |
Masallı rayon Mərkəzi kitabxanasında şəhid Nurlan Malikovun doğum gününə həsr olunmuş “Vətəni ucaldan şəhidlər” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Şəmsurə Nəsirova düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan birinin də Nurlan Malikov olduğunu bildirib və qəhrəman şəhidimizin həyat yolu haqqında iştirakçılara geniş məlumat verib. Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva çıxış edərək şəhidin döyüş yolu haqqında məruzə edib. Qeyd edək ki, Malikov Nurlan Dünyamalı oğlu 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib və 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub. Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətə müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edib. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılmışdır. Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Öncəqala kənd qəbiristanında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Malikov Nurlan Dünyamalı oğlu ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |