Главная > Maraqlı > Masallıda “Media savadlılığı” mövzusunda təlim

Masallıda “Media savadlılığı” mövzusunda təlim


20-09-2022, 17:16. Разместил: admin44

Masallıda gənclər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilatçılığı ilə təlimçi Məlik Nuriyevin təqdimatında keçirilən təlimdə “Media savadlılığı nədir?”, “Media savadlılığına giriş”, “Hansı media vasitələrini tanıyırıq”, “Media vasitələrinin analizi”, “Dünyada və Azərbaycanda media”, “Müxtəlif medialar xəbəri necə işıqlandırır?” kimi mövzulardan danışılıb.
Təlim zamanı gənclər müxtəlif media vasitələrində yayımlanan xəbərləri analiz etmək, faktları araşdırmaq, dezinformasiyaya inanmamaq kimi bir sıra mövzular ətrafında müzakirələr aparıblar.

Təlimdə enercayezlər icra olunub.  Gənclər komanda işi ilə tapşırıqlar yerinə yetiriblər.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад