Главная > Maraqlı > Masallıda kömputer oyunu üzrə rayon çempionatının qalibləri mükafatlandırıldı

Masallıda kömputer oyunu üzrə rayon çempionatının qalibləri mükafatlandırıldı


20-09-2022, 17:18. Разместил: admin44

Masallı rayon Gənclər və İdman İdarəsində 14-29 yaşlı gənclər arasında “Pes 2013” kömputer oyunu üzrə rayon çempionatın qalibləri mükafatlandırıldı.

Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək qalibləri təbrik edərək yarışın keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların məntiqi təfəkkürünün inkişafına nail olmaqdan ibarət olduğunu vurğuladı.

Qeyd edək ki, Çempionat Masallı rayon Gənclər və İdman İdarəsinin və VİP 222 PlayStation kompyuter oyunları klubunun birgə təşkilatçılığı ilə keçirilib.

Çempionatın yekun nəticəsinə əsasən birinci yerə Nəcəfov Xəyal Akif oğlu, ikinci yerə Mirzəyev Elton Lazım oğlu layiq görülmüşlər

Yarşıda qalib gələn gənclər Masallı rayon gənclər və idman idarəsi və VİP 222 PlayStation kompyuter oyunları klubu tərəfindən diplom və pul mükafatı ilə mükafatlandırılıb.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад