Главная > Maraqlı > 27 sentyabr anım günü - Şəhidlərə göstərilən diqqətin təzahürüdür

27 sentyabr anım günü - Şəhidlərə göstərilən diqqətin təzahürüdür


22-09-2022, 11:25. Разместил: admin44


Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra Respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir. Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Anım günü ilə yanaşı keçirilən bütün tədbirlərdə şəhid ailələri və qazilər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər. Biz də müstəqil Azərbaycan dövlətinin gəncləri olaraq torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin xatirəsini daima əziz tutmalı, onların ruhunu dərin hörmət və ehtiramla yad etməliyik.



Fuad Mənsimov,
YAP Masallı Rayon Təşkilatının fəalı, İkinci Qarabağ müharibəsi iştirakçısı.


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад