Главная > Maraqlı > Şanlı qələbə ilə tarix yazmış Azərbaycan ordusu

Şanlı qələbə ilə tarix yazmış Azərbaycan ordusu


22-09-2022, 14:56. Разместил: admin44

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Dahi rəhbər 1993-cü il noyabrın 2-də Azərbaycan radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycanlı gəncləri ordu sıralarına, yurdumuzun müdafiəsinə qalxmağa çağırış elədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. Yenicə formalaşan Azərbaycan Ordusunun bölmələri bir sıra bölgələrdə uğurlu əməliyyatlar həyata keçirərək düşməni geri sıxışdırdılar. Müharibədə ciddi dönüş yarandı. Doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımız öz ev-eşiyinə qayıtdı.

Müasir Azərbaycan dövlətinin formalaşması və inkişafı xalqımızın Ümummilli Lideri, görkəmli sərkərdə  Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi. Təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi. Başqa istiqamətlərdə olduğu kimi, hərbi təhsil sahəsində də uğurlu islahatlar həyata keçirildi. Atılan inamlı addımlar, göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Bu gün Ulu Öndərin layiqli davaşçısı, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Vətən müharibəsinin başa çatmasından iki il ötsə də, bu gün Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və sair dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan Ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.



Qəşəm Hamil oğlu Hadıyev,
YAP Masallı Rayon Təşkilatının fəal üzvü, II Qarabağ müharibəsi iştirakçısı,  “Suqovuşanın azad olunmasına görə” medallı.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад