Главная > Maraqlı > Sadə ziyalı nə istər ki...

Sadə ziyalı nə istər ki...


22-09-2022, 15:52. Разместил: admin44

Uzağı, cüzi diqqət, normal sayğı, miyanə qayğı. Həm də, ilk növbədə öz dövlətindən, öz iqtidarından. Mən indiyə qədər belə bir məntiqlə yaşamışam, çətinliyə düşəndə, gözüm kimlərisə gəzməyib, tərəddüd etmədən vətəndaşların rifahına cavabdeh təşkilatlara üz tutmuşam. Və ərkim həmişə həssaslıqla qarşılanıb. Yenə də, erməni təxribatı ucbatından şəhidlərimizin, qazilərimizin sayının artdığı, bu səbəbdən rəsmi idarələrin daha çox yükləndiyi son günlərdə də səhhətimdəki narazılıqla bağlı xahişimə xeyirxahlıqla yanaşıldı.


Fəaliyyətinin uğurlu olacağına inandığım Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova təşəkkür edirəm.
Təhsil sahəsində, sosial yöndə önəmli layihələr həyata keçirən, mənim kimi yüzlərlə insanın müraciətinə dərhal isti münasibət göstərən millət vəkili Məşhur Məmmədova, köməkçiləri Hekayət Nəzərov və Əli Nağıyevə minnətdarlığımı bildirirəm.



Hörmətlə, şair Arif Fəzəli.


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад