Главная > Maraqlı > “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Qazi Zəfər İbrahimlini ziyarət

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Qazi Zəfər İbrahimlini ziyarət


24-09-2022, 17:27. Разместил: admin44

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi İbrahimli Zəfər Cəfər oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

İbrahimli Zəfər Cəfər oğlu 06 İyul 2000-ci il tarixində Masallı rayonunun Mollahəsənli kəndində anadan olmuşdur. 2007-2015-ci illərdə Təklə kənd Firidun Dəmirov adına tam orta məktəbində təhsil almışdır. 2019-2020-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. İbrahimli Zəfər Cəfər oğlu 27 Sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşdə ağır yaralanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Zəfər Cəfər oğlu İbrahimli “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən Müharibəsi İştirakçısı”, “Döyüşdə Fərqlənməyə Görə” və “Tərəqqi” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад