Главная > Maraqlı > Şanlı və tarixi Qələbəmiz

Şanlı və tarixi Qələbəmiz


23-09-2022, 08:56. Разместил: admin44

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Tarixi Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı.Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi sayəsində tarixi Qələbə qazandıq. İllər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq ,şanlı səhifəsi kimi daim yad edəcək və heç vaxt unutmayacaq.
               
Son 17 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Ordumuzun möhkəmlənməsi, döyüş qabiliyyətinin artırılması, kadrların hazırlanması, şəxsi heyətin sosial təminat məsələləri davamlı olaraq daim diqqət mərkəzində saxlanılıb.Məqsədyönlü siyasətin nəticəsində respublikamız güclü ordu formalaşdırmağa nail olub. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir silahlar var. Əsas məqamlardan biri müasir silahlarla müasir döyüş taktikasının məharətlə uzlaşdırılmasıdır. Bu barədə qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev vurğulayıb: “Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib”.
               
Bəli Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, dövlətimizin  gücünü və  nüfuzunu dünyaya bəyan etdi. Tarixi Qələbə xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək,dünya dövlətləri sırasında ən öndə gedəcək.2020 çi ilin noyabırından Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlamışdır.
               
Azərbaycan Qarabağa,Qarabağ Azərbaycana qovuşdu, yeni tarixi zəfərə imza atdı. Müsəffər ordu Şəhidlərimizin, Xocalı qurbanlarının, 200 illik tarixi soyqırımların , terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu şanlı  qələbəni, zəfəri bizlərə yaşadan  Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, apardığı uğurlu siyasəti, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
             
Şanlı Qələbəni bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir,Müzəffər ordumuzun bütün əsgərlərini Allah qorusun deyirəm.
           
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!


Əntiqə Tağıyeva,
Hişkədərə kənd sakini.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад