Главная > Maraqlı > Masallıda Anım Gününə həsr edilmiş “İnşa-yazı” müsabiqəsi

Masallıda Anım Gününə həsr edilmiş “İnşa-yazı” müsabiqəsi


26-09-2022, 17:10. Разместил: admin44

Masallıda 27 sentyabr-Anım Gününə həsr edilmiş “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

26 sentyabr 2022-ci il tarixdə “Masallı Gənclər evi” SXM-də Masallı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı üzrə Təhsil sektorunun və “Masallı Gənclər evi” SXM-nin birgə təşkilatçılığı ilə idealoji-maarifləndirici konsepsiyaya uyğun olaraq təhsilalanlarla, 27 sentyabr-Anım gününə həsr edilmiş, “27 sentyabr-Anım Günü” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin və Ulu öndərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirin Masallı Rayon icra Hakimiyyəti başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri Nahid Həsənov və Tərlan Şahverdiyev, “Masallı Gənclər evi” SXM-nin  müdiri Fuad Mənsimov və Ləkəran-Astara regional Təhsil İdarəsinin Masallı üzrə Təhsil sektorunun əməkdaşı Əkbər Mahmudov çıxış edərək bildirdilər  ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi və  Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Müsabiqənin yekun nəticəsinə əsasən birinci yerə “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Nuray Musayeva, ikinci yerə şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin IX sinif şagirdi Fidan Əliyeva ,üçüncü yerə Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin IX sinif şagirdi Sevgi Əsgərova və fərqləndiyinə görə Binə Xocavar kənd B.Nuriyev adına tam orta məktəbin IX sinif şagirdi Ülviyyə Əlieva layiq görülmüşlər.

Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад