Главная > Maraqlı > «TABUTA SIĞMAYANLAR» MASALLI SƏHNƏSİNDƏ

«TABUTA SIĞMAYANLAR» MASALLI SƏHNƏSİNDƏ


27-09-2022, 20:51. Разместил: admin44

27 Sentyabr 2022-ci il tarixdə Masallıda 27 Sentyabr - Anım Gününə həsr olunan Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində jurnalist-yazıçı Cəfər Cəfərovun ssenarisi əsasında “Tabuta sığmayanlar” tamaşasının premyerası olub.
Tamaşa Masallı Xalq Teatrı və Cəlilabad Xalq Teatrı aktyorlarının, Masallı Dövlət Regional Kollecinin tələbə kollektivlərinin iştirakı ilə səhnəyə qoyulub.

Səhnə əsərini Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi izləyib.

Əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tamaşadan sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səhnə əsərinin hazırlanmasında əməyi olanlara, həmçinin şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürünü bildirərək qeyd edib ki, bu gün əlamətdar bir gün, şəhidlərin anım günüdür. Bəli, biz şəhidləri anırıq.İki il bundan qabaq Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etdi. Bu müharibədə xeyli şəhidlər verdik. Şəhidlərimizin hamısının xatirəsi bizim üçün əzizdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən Masallıdan olan yaralılar da var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Mən şəhid valideynlərinə demək istəyirəm ki, başınızı dik tutun... -Fəxr edin ki, sizin övladlarınız bu gün bütün Azərbaycanın övladlarıdır. Nə qədər Azərbaycan dövləti var şəhidlərin ruhu bizim üçün əziz olacaqdır. Azərbaycan dövləti isə əbədi olacaqdır...

Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! — deyə Araz Əhmədov nitqini tamamlayıb.








“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад