Главная > Maraqlı > Masallıda “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı tədbir
Masallıda “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı tədbir29-09-2022, 09:59. Разместил: admin44 |
Masallıda “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə çərçivəsində tədbir keçirilib. Tədbiri açılış nitqi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri və “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə rəhbəri Mirzə Məmməd Vəliyev açaraq proqram/layihə tərəfdaşlarını və qonaqları salamladıqdan sonra ötən aylar ərzində görülmüş və görüləcək işlər barədə məruzə ilə çıxış etmişdir. Sonra toplantıda iştirak edən tərəfdaşların hər biri sözügedən proqram/layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verdi, onlara ünvanlanan sualları cavablandırdı. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, Masallı şəhər bələdiyyə sədrinin müavini Namik Zeynallı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı rayon nümayəndəsi Murad İbrahimov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) Lənkəran və Astara Regional Məşğulluq filialının nümayəndəsi Rasim Harəzmşah, DOST Xidmətinin nümayəndəsi Natiq Qaçayev, DMA-nin nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlıq Mərkəzinin nümayəndəsi Ramin Cəfərov, EKVİTA şirkətinin nümayəndəsi Fərid Baxşıyev, Bakı Mühəndislik Universitetinin nümayəndəsi Arif Nəcimov və YAP Masallı RT-nın fəal gənci Rəmzi Şahverdiyev iştirak etmiş, cari proqram/layihə çərçivəsində görülmüş və görüləcək işlər barədə qonaqları məlumatlandırmışlar. Tədbirin birinci hissəsi qonaqları və tərəfdaşları maraqlandıran sualların müzakirəsi ilə yekunlaşıb. Tədbirin ikinci hissəsində tərəfdaşlar və qonaqlar Masallı Sənaye Məhəlləsində qısa müddətdə fəaliyyətə başlamış ilk Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzinə səfər ediblər. Qonaqlar Mərkəzdə həssas sosial qrup nümayəndələrinin və əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək üçün təşkil olunmuş dərzilik və xalça toxuma kursunun peşəkar təlimçilər tərəfindən iş prosesi ilə yaxından tanış olublar. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |