Главная > Maraqlı > Şəhid Pərvin Əliyevin il dönümü

Şəhid Pərvin Əliyevin il dönümü


29-09-2022, 18:16. Разместил: admin44

Masallı rayonundan olan nümayəndələr Beyləqan rayonunda dəfn olunmuş, əslən Masallı rayon Qızılağac kəndindən olan Şəhid Əliyev Pərvin Vüqar oğlunun ildönümündə iştirak etmişlər.

Beyləqan rayonunun Qəhrəmanlı kəndində təşkil olunmuş şəhidin ildönümü mərasimində Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Abbasov, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov, Qızılağac kənd 1 saylı tam orta məktəbinin direktoru Şəhla Fətullayeva, Qızılağac kənd 1 saylı tam orta məktəbinin direktoru İlahə Quliyeva və Qızılağac kəndindən olan bir qrup kənd sakini iştirak etmişlər.

Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Nurlan Muradov rayon rəhbəri adından şəhidin ailəsinə başsağlığı vermiş, ailənin qayğıları ilə maraqlanmışdır.

Masallı rayonundan şəhidin ildönümü mərasiminə gedən nümayəndələr şəhidin məzarını ziyarət etmiş, önünə əklil və gül dəstələri düzərək ruhuna dualar oxunmuşlar.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirmişdir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад