Главная > Maraqlı > Masallıda Mədəniyyət işçiləri şəhid ailələrini ziyarət etdi

Masallıda Mədəniyyət işçiləri şəhid ailələrini ziyarət etdi


29-09-2022, 18:18. Разместил: admin44

Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşəbbüsü və maddi dəstəyi ilə Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərindən olan şəhidlərin ailələri ziyarət olunub.

Ziyarətlərdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, həmkarlar komitəsinin sədri Vəkil İsmailov və tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Mədəniyyət işçiləri ailələrlə görüşlərdə ailə üzvlərinin kədərini bölüşərək, onlara mənəvi dəstək və ehtiramlarını ifadə ediblər. Rəsmilər həmçinin, ailələrin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar. Valideynlər isə şəhid övladlarının həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətiriblər.

Sonra həmkarlar təşkilatının Masallı rayon komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları ailələrə təhvil verilib.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад