Главная > Maraqlı > DİN Füzulidə minaya düşərək həyatını itirənlərlə bağlı məlumat yayıb

DİN Füzulidə minaya düşərək həyatını itirənlərlə bağlı məlumat yayıb


1-10-2022, 13:52. Разместил: admin44

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək həyatının itirən şəxslərlə bağlı açıqlama yayıb.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir.

Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад