Главная > Maraqlı > 3 oktyabr 1993 : sabitliyin və davamlı inkişafın təməli
3 oktyabr 1993 : sabitliyin və davamlı inkişafın təməli3-10-2022, 11:31. Разместил: admin44 |
Tarixdə böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda xalqların gələcək həyatını müəyyənedən mühüm başlanğıcların əsası qoyulub. Müstəqil dövlətçiliyimizin tarixində belə günlərdən biri də1993-cü ilin 3 oktyabr günüdür. Oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyevxalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə AzərbaycanRespublikasının Prezidenti seçildi.Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq AzərbaycanRespublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da vətənə,dövlətə və xalqasədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişafvə tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrinireallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçməmərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənəgöstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi,məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmətedəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. 1993-cüilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etməkistəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətindəəlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyinəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəmictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdeyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəbdurumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir.Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur.Bu gün ölkəmiz Ulu öndər siyasətinin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətinicraçısı ulu öndərimizin layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Onunrəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası HeydərƏliyev siyasəti ilə irəliləyir və sürətlə inkişaf edir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarınınəsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılmasıvə möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nailolması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunannəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davametdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlikyaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın vədövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir.Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimiziqüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.Busəbəbdəndir ki,nə qədər Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaq!Ulu Öndərimiz Heydər Əliyevin bizə əmanəti olan müstəqil Azərbaycan, bu gün öz tarixinin ən şərəfligünlərini yaşayır! Azərbaycan Ordusu, əsgəri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altındadünya düzəninin yeni tarixini yazaraq, İşğal altında olan Vətən torpaqları işğaldan azad etmiş, xalqımızın,ordumuzun zəfər salnaməsini və yeni reallıq yaratmışdır! Vətən müharibəsinin nəticəsiı göstərir ki,Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan üzərində qələbə qazanaraq Üçrəngli bayrağımızıcənnətməkan Qarabağda əbədi dalğalandırılmasını və tarixi ədalət bərpa etmişdir. Bax indi UluÖndərimizin və bütün şəhidlərimizin ruhu huzur tapmışdır.Ümummilli lider Heydər Əliyev təkcəAzərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hərbir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Allah Ulu Öndərimizə və bütün Şəhidlərimizə rəhmət eləsin! Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri. "Yeni həyat" qəzeti www.yeniheyet.az Вернуться назад |