Главная > Maraqlı > Masallıda Vətən müharibəsi şəhidinin ildönümü qeyd olunub

Masallıda Vətən müharibəsi şəhidinin ildönümü qeyd olunub


3-10-2022, 18:18. Разместил: admin44

Masallı rayon Kəlbəhüseynli kəndində Vətən müharibəsi şəhidi Kənan Şahbazovun anım mərasimi keçirilib.

Şəhidin şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri Qəşəm Hadıyev, Bəxtim Qarayev, Afəddin Kərimov, şöbə müdiri əvəzi Vəli Muxtarov, Şöbə müidirnin müavini Abbas Abbaszadə, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi ziyarət olunub onların qayğı və problemləri  ilə maraqlanılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını ifadə ediblər.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад