Главная > Maraqlı > Masallı: Mədəni İrsi Qorumaq Naminə -65 il
Masallı: Mədəni İrsi Qorumaq Naminə -65 il3-10-2022, 18:21. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 65 illiyinə həsr olunmuş ”Mədəni irsi qorumaq naminə” seminar-sərgi keçirilib. Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər. İlk öncə şəhidlərin və dünyasını dəyişmiş mədəniyyət işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzey direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq Bərpa Mərkəzinin kollektivini 65 illik yubileyləri münasibətilə təbrik etdi. Ə. Tağıyeva 2004-cü ildən bu günə kimi MSXƏEBM tərəfindən muzey fondundan olan bərpa olunmuş eksponatlar haqqında geniş məlumat vermiş oldu. Sonra MSXƏEBM-nin baş mühafizi Pakizə Almazova mərkəzin yaranma tarixçəsindən məruzə etdi. Bərpa mərkəzinin elmi işlər üzrə direktor müavini İranə İbrahimova isə 20 il ərzində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fondunda olan eksponatların bərpası və onların birgə işlərindən danışdı. Hər iki natiqin çıxışları mövzularla bağlı sənədli film və slaydlarla izlənildi. Daha sonra Bərpa Mərkəzinin direktoru , Əməkdar Mədəniyyət işçisi Zərifə Məlikova 1957-ci ildən bərpaçı rəssam Fərhad Hacıyev tərəfindən əsası qoyulan bu nəcib işlə məşğul olan mərkəzin başlıca vəzifəsi mədəni irsin qorunması olmasından söhbət açdı. Hər bir əməkdaşın öz işinə məsuliyyət və sevgi ilə yanaşmasını xüsusi vurğuluyan Zərifə xanım, öz əməkdaşları ilə fəxr etdiyini söylədi. Z. Məlikova MSXƏEBM adından Ə. Tağıyevaya fəxri fərman təqdim etdi. Tədbirin sonunda qonaqlar muzeydə MSXƏEBM-nin 65 illik yubileyinə həsr olunan “Tarix yaşadan eksponatlar” adlı sərgiyə baxış keçirərək xatirə şəkilləri çəkdilər. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |