Главная > Maraqlı > Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri
Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri4-10-2022, 14:05. Разместил: admin44 |
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də mənfur düşmənlərimiz tərəfindən işğal edilmişdi.Erməni vandalizminə məruz qalmış rayonda 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayonsakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı rayonun maddimədəni abidələri - Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıqkəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə,Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirikkəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscidkompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”,Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə vəməqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. AzərbaycanOrdusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatlarıilə öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, AşağıMaralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizlənmişdi. Oktyabrın 4-də Cəbrayıl şəhəri dəerməni işğalından azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu,Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləridə ermənilərdən geri alınıb. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti,Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlükVətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsindəErmənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4 oktyabr Cəbrayılınişğaldan azad edildiyi gün kimi tarixə düşüb. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda,ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlarauğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarətistehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələbedirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və stratejiHadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik,Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi vəLaçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl işğaldan azad olunduqdan sonrarayonda çoxsaylı bərpa və quruculuq işləri görülmüşdür. “Araz Vadisi İqtisadi Zonası”nınyaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb.Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı datəsdiq edilib. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malikelektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıqgünəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrikstansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İşğaldan azad olunmuştorpaqlarımızın günü-gündən çiçəklənməsi çox qürurvericidir. Buna görə cənab Ali BaşKomandana minnətdarıq. Xalqımız və ordumuzla fəxr edirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Aybikə Vəliyeva, Masallı rayon sakini. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |