Главная > Maraqlı > Əsl vətəndaşlıq nümunəsi

Əsl vətəndaşlıq nümunəsi


6-10-2022, 12:46. Разместил: admin44

Viləş kəndində iki qəhrəman şəhid övladının — mərd və cəsarətli, Aprel döyüşləri və Vətən müharibəsi şəhidləri Nurlan və İntiqam qardaşlarının anası Ziba Əsgərova bu günlərdə ərazidən keçən Viləş çayı körpüsünü təmir etdirmişdir. Bu, əsl vətəndaşlıq nümunəsi, yaşadığı el-obaya hörmət və sevginin bir nümunəsidir. Vətən, vətənpərvərlik hissi hər kəs üçün boy atdığı, böyüdüyü yerdən, məkandan başlanır. Vətənə məhəbbət gərək qanında, canında ola, gərək o hissləri, duyğuları yaşaya biləsən. Yaxşı əməllərin nəsillərə qalanda həyatdan köçənlərinə min rəhmət söylənilir. Ya da ki, yoldan ötəndə kiminsə əkib-becərdiyi, bir ağacın kölgəsində dincələndə. Həyatda yalnız belə əməllər insandan yadigar qalır, belələrinə rəhmət oxunur.

Yaraşıqlı körpü gecə-gündüz burdan keçənləri heyran edir, ürəyində bu işi görənə Allahdan cansağlığı arzu edirsən. Sağ olun, Ziba xanım, ürəyin, əllərin, sözlərin var olsun, ölkəmizin, Masallının Qəhrəmanlar anası, gözəl ağbirçək, Allaha yaxın İnsan, el içində qeyrətinlə alnıaçıq, üzüağ gəzən qadın. Sən qürurla, təmkinlə, hünər və ağlınla hər cür hörmətə layiqsən. Alqış sənə!






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад