Главная > Maraqlı > Masallıda “Rəsm” müsabiqəsinə yekun vurulub

Masallıda “Rəsm” müsabiqəsinə yekun vurulub


7-10-2022, 17:26. Разместил: admin44

07 oktyabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəmanların Uşaqlar, yeniyetmə və gənclər arasında tanıdılması ilə bağlı 9-12 və 13-15 yaşlı Uşaqlar arasında “Qarabağ Azərbaycandır” vətənpərvərlik mövzusunda “Rəsm” müsabiqəsi keçirilib. Tədbirin mükafatlandırma mərasimində “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şanlı tarix yazan igid oğullarımızın gənclər arasında tanıdılması və gənclərdə vətənpərvərlik hissinin aşılanmasından ibarət olduğunu vurğulayaraq, müsabiqədə qalib gəlmiş gənclərimizi təbrik etmiş və onlara gələcəkdə vətənpərvər bir şəxsiyyət kimi formalaşmaqlarını arzulayıblar. Müsabiqəsinin yekun nəticəsinə əsasən: 9-12 yaşlı Uşaqlar arasında Əsgərli Zəhra Əliağa qızı birici yerə, Zamanov Fuad İlham oğlu ikinci yerə, Səttarlı Nuray Emin qızı üçüncü yerə və fərqlənməyə görə Qədirov Zümrüd Vüqar oğlu layiq görülüblər.13-15 yaşlı Uşaqlar arasında Həşimova Zeynəb İlqar qızı birinci yerə, Səfərov Əli Raqif oğlu ikinci yerə, Quliyeva Xatirə İlkin qızı üçüncü yerə fərqlənməyə görə Məlikova Ləman Zamiq qızı layiq görülüblər.

Sonda qaliblər diplomlarla mükafatlandırılıb.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад