Главная > Maraqlı > 44 günlük müharibədən sonra ermənilərin 1400 mina basdırılması Azərbaycana cinayətkar terrop aktıdır
44 günlük müharibədən sonra ermənilərin 1400 mina basdırılması Azərbaycana cinayətkar terrop aktıdır8-10-2022, 16:11. Разместил: admin44 |
Bütün dövrlərdə ermənilər Azərbaycana, azərbaycanlılara qartşı düşmən mövqeyində olub. İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali məhv edildi. Öldürülən insanların sayını 613 nəfər göstərdilər. Həqiqət budur ki, həmin gecə 2300 nəfərdən artıq adam erməni soyqırımının qurbanı olmuşdur. Xocalıda törədilən soyqırımı bizim üçün ilk olay deyildi. Ermənilər müxtəlif illərdə minlərlə Azərbaycan kəndini dağıtmış, yüzlərlə kəndi yer üzündən silmişlər. Onlar hər zaman, indi də pis əməllərindən əl çəkmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində jurnalistin ona ünvanladığı sualında Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün detalları barədə öyrənmək istədiyini, Azərbaycan ərazisində hələ də qanunsuz erməni silahlı birləşmələri mövcudluğunu, digər tərəfdən isə Azərbaycan üçün əsas prioritet mina təhlükəsizliyi məsələsini bildirməklə, Ermənistan hələ də təxribatlar törətməkdə davam etdiyini qeyd edərək, görüş çərçivəsində hansı məsələlərə toxunulduğunu və bu barədə ətraflı məlumat almasını xahiş edib. Jurnalistin növbəti sualını cabablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, bəli, bu məsələ bütün görüşlərdə qaldırılır. Bu gün də Ermənistan baş naziri ilə tədbir çərçivəsində ayaqüstü söhbətim də olmuşdur, bundan sonra da olacaqdır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyir. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil. Siz də qeyd etdiniz ki, bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. — Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır, — deyə Azərbaycan Prezidenti qeyd edib. «Bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər»-fikrini də ölkə başçımız qeyd edib. Vüqar Qədiməli oğlu XƏLİLOV, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Peşə Məktəbi Ərazi Partiya Təşkilatı sədrinin müavini. "Yeni həyat" qəzeti, www.yeniheyet.az
Вернуться назад |