Главная > Maraqlı / Manşet > Şəhid Şəmsəddin Təhməzovun anım mərasimi

Şəhid Şəmsəddin Təhməzovun anım mərasimi


8-10-2022, 16:21. Разместил: admin44

08 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Güllütəpə kənində 44 günlük Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Şəmsəddin Sərvər oğlu Təhməzovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, YAP Masallı  Rayon Təşkilatının fəalları, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Şəmsəddin Sərvər oğlu Təhməzovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Şəmsəddin Sərvər oğlu Təhməzovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад