Главная > Maraqlı > Prezident İlham Əliyevin Praqa görüşü

Prezident İlham Əliyevin Praqa görüşü


8-10-2022, 20:21. Разместил: admin44

Oktayabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
         
Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keşirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Görüşün vasitəçilik missiyasını yerinə yetirən cənab Şarl Mişelə Prezident İlham Əliyev öz təşəkkürünü bildirib və Mişel də ,öz növbəsində,dövlətimizin başçısına minnətdarlığını bildirib.
         
Praqa görüşü Azərbaycan diplomatiyası üçün qələbə hesab oluna bilər.Çünki 30 ilə yaxın bir vaxtda bu bu yeganə faktdır ki, Azərbaycan tərəfi özünün şərtlərini qəbul etdirməyi bacarıb,daha doğrusu,hesab edilə bilər ki, Azərbaycan tərəfi Ermənistanı buna məcbur edib.
             
Bu zəfər dövlətimizin hər sahədə olduğu kimi siyasi müstəvidə də güc sahibi olmağa əsas verir.
             
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, dövlətlər sülhə yavaş-yavaş yaxınlaşırıq.Həmçinin digər məsələlərin də müzakirə olunduğunu bildirib. Xüsusən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yenidən görüşməsinin vacibliyini qeyd edib və bildirib ki,nazirlər və işçi qruplar bir araya gəlməli və sülh müqaviləsinin mətnini hazırlamalıdırlar.
               
Praqada keçirilən görüşdə Ermənistan tərəfi bir sıra şərtləri qəbul etsə də,bəzi məsələlərdə yenə də susqunluq nümayiç etdirib. Belə ki, perzident İlham Əliyev Naxçıvana avtomobil yolu görə marşurutun verilməsi üçün müraciət etsə də, Paşinyan bunu cavablandırmayıb, ancaq Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bütün kommunikasiyaların açılmasında maraqlıdır.Xüsusən də, Naxçıvanla bağlı yolun açılmasını vacib sayır.
               
Belə nəticəyə gəlmək olar ki, bu fakt bir daha sübut edir ki, Ermənistanın müstəqilliyi formaldır və bu dövlət kənar qüvvələr, kənar güclər tərəfindən idarə olunur Məhz bu səbəbdən  Ermənistan tərəfi susqunluq sərgiləyir.
               
Prezident İlham Əliyev onu da qeyd edib ki,son 30 ildə beynəlxalq təşkilatların , dünyanın qabaqcıl dövlətlərinin Ermənistanın törətdiyi hərbi cinayətlərə laqeydliyinin də şahidi olduq. Bu təşkilatlar yüz minlərlə Azərbaycan vətəndaşının erməni işğalı nəticəsində pozulan hüquqlarının qorunması üçün heç bir addım atmadılar. Məhz buna görə də 30 ildən sonra 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan bu məsələni hərbi yolla həll etmək məcburiyyətində qaldı. İlham Əliyev bir daha bəyan etdi ki, regionda dağıdılmış evlərə, törədilmiş vəhşiliklərə baxmayaraq Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanması təklifi ilə çıxış edib.
             
Prezident İlham Əliyev qeyd edib ki,ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.



Şəhla Xəlilova,
Masallı rayon  S. Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад