Главная > Maraqlı > Şəhid Baloğlan Qasımovun anım mərasimi

Şəhid Baloğlan Qasımovun anım mərasimi


9-10-2022, 21:03. Разместил: admin44

09 oktyabr 2022-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhidi Qasımov Cəbrayıl Baloğlan oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində YAP Masallı  Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhid ailələri, qazilər, sahibkarlar, din xadimləri,  jurnalistlər və sakinlər iştirak ediblər.

44 günlük Vətən müharibəsinin şəhidi Qasımov Cəbrayıl Baloğlan oğlunun ailəsini ziyarət edən qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsi şəhidi Baloğlan Qasımovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад