Главная > Maraqlı > Azərbaycanın diplomatik qələbəsi

Azərbaycanın diplomatik qələbəsi


10-10-2022, 01:38. Разместил: admin44
 
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın6 oktyabr  dəvəti ilə “Avropa Siyası Birliyi” Zirvə toplantısında iştirak etmək üçün Praqada səfərdə olub. İlk nöbvbədə qeyd edək ki, Avropa Siyasi Birliyi yeni təşəbbüs olaraq qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb və eyni zamanda birliyin məqsəd və hədəfləri ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdən ibarətdir. Sözsüz ki, Azərbaycanın belə bir mötəbər Toplantıya dəvət olunması başlıca olaraq ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir. Bəllidir ki, bu gün ölkəmiz Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas faktorlardan biri kimi çıxış edir və bu baxımdan bu dəvət Azərbaycan-Avropa İttifaqı əlaqələrinin qarşılıqlı və gözəl perspektivlərə sahib olduğunu bir daha təsdiq edir. Səfərin diplomatik mahiyyətinə nəzər salsaq isə Prezident İlham Əliyevin Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərini nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirmək olar.

Görüşün nəticəsində Praqada Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarlı Mişel, Fransa Prezidenti Emanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün sonunda qəbul edilmiş birgə bəyanat ilk növbədə ölkəmizin maraqlarına tam cavab verir və başlıca olaraq növbəti diplomatik zəfərimizdir. Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. 

 Beləliklə, Ermənistan  Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Bu isə bir mənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsi və prinsipial, qətiyyətli, peşəkar diplomatiyanın məntiqi nəticəsidir. 

Bütün bunlar isə bundan sonra da istənilən beynəlxalq platformalarda Azərbaycan haqlı olaraq öz mövqeyini tam şəkildə qəbul etdirə biləcəyindən xəbər verir. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan elə bir gücdədir ki, qarşı tərəfə beynəlxalq hüquqla təsbit olunmuş milli haqlarını istənilən müstəvidə qəbul etdirə biləcəyini nümayiş etdirir. Necə ki, Azərbaycan liderinin 2 il öncə cəbhədə düşməni məhv edən gücü bu gün isə diplomatiya masasında zəfər çalır.

 

 Müşfiq  Qurbanov  Qardaş oğlu,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi.



"Yeni həyat" qəzeti
www.yeniheyet.az

 


шаблоны для dle 11.2
Вернуться назад