Главная > Maraqlı > Masallıda Gənclərin peşəyönümü işinin gücləndirilməsi məqsədilə təlim-seminar

Masallıda Gənclərin peşəyönümü işinin gücləndirilməsi məqsədilə təlim-seminar


11-10-2022, 15:33. Разместил: admin44

Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər evi” SXM-nin təşkilatçılığı ilə “Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması” mövzusunda gənclər üçün peşəkar bərbər Vahab Axundzadə tərəfindən təlim- seminar keçirilmişdir.

Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək  tədbirin  gənclər üçün peşə seçimində doğru yolla irəliləməkdə  xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi və bildirdi ki,   peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti barədə onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə həyata keçirildiyini vurğuladı.

Tədbirdə peşəkar bərbər Vahab Axundzadə “Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında maarifləndirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə”  Masallı rayon Gənclər və İdman İdarəsinin “Fəxri Fərmanı” ilə təltif olundu.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад