Главная > Maraqlı > Masallıda su, sanitariya və gigiyena üzrə maarifləndirmə

Masallıda su, sanitariya və gigiyena üzrə maarifləndirmə


12-10-2022, 22:16. Разместил: admin44

Masallıda yeniyetmələrin su, sanitariya və gigiyena üzrə maarifləndirilməsi üzrə layihəyə start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəşdirdiyi, Təhsilə və Uşaqlara Yardım İctimai Birliyi tərəfindən icra edilən “Yeniyetmələrin su, sanitariya və gigiyena üzrə maarifləndirilməsi və rolunun artırılması” layihəsinin ilk tədbiri Masallı rayonunun Çaxırlı kəndində olub.

Tədbiri giriş sözü ilə Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverdi Məmmədov açaraq qonaqları salamlayıb, layihənin işinə uğurlar arzulayıb.

Təhsilə və Uşaqlara Yardım İctimai Birliyinin sədri Ələsgər Hüseynov layihənin donoru, məqsədi və əldə etmək istədiyi nəticələr haqqında iştirakçılara məlumat verib.

Layihənin eksperti Rəşad Dadaşov su, sanitariya və gigiyena mövzusunun sağlamlıq üçün aktual mövzu olduğunu, insanların həmişə bu istiqamətdə həssas olmalarını, ona diqqət etmələrini və icma üçün səmərələi təşkil olunmasını bildirib.

Layihənin təlimçisi Rafət Şirəliyev su, sanitariya və gigiyena istiqamətində təlim proqramı ilə çıxışında bu sahədə yeniyetmələrin rolu, onların təşkil edə biləcəyi klublar haqqında məlumat verib.

Daha sonra iştirakçılar qruplar şəklində mövcud problemlər və onların həlli üzrə həyata keçirdikləri işləri təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.az







шаблоны для dle 11.2
Вернуться назад