Главная > Maraqlı > Masallıda FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Masallıda FHN-in Cənub Regional Mərkəzi təlim keçirib


12-10-2022, 23:30. Разместил: admin44

FHN-in Cənub Regional Mərkəzi Masallı rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib.Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlim xilasetmə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və zərərçəkmişlərin xilas edilməsi üzrə əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “hündürmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun operativ kəşfiyyat işləri apararaq aşkarlanmış “zərərçəkmişləri” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə təxliyə edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.

Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад