Главная > Maraqlı > Bu gün Türk dünyası yeni potensial əldə edir

Bu gün Türk dünyası yeni potensial əldə edir


12-10-2022, 17:59. Разместил: admin44

Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi sevindirici haldır.Biz ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malikik. Çox qədim zamanlardan əcdadlarımız bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər.

Biz mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət veririk .Həmçinin iki dövlət arasında münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyur. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olur. Ölkələr  arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verilir və  gələcəkdə qarşılıqlı münasibətlərin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur.

 Dövlətlərarası münasibətlər  yüksək səviyyədə dəstəklənir. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq. Türk dünyası yeni potensial əldə edilməsi gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq.  

Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Nəticələrə hədəflənmiş əməkdaşlıq   ölkələr  arasında nəzərdə tutulandan daha tez həyata keçir. Qırğızıstan-Azərbaycan əməkdaşlığı dinamik inkişaf edir, ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Biz siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişik.

Biz beynəlxalq təşkilatlar və regional birliklər çərçivəsində konstruktiv əməkdaşlığın gələcək inkişafını birgə səylərlə təmin edəcəyik.Mən inanıram ki,bu gün imzalanmış sənədlər gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək.
 

Humay Baxşıyeva,
Masallı rayon sakini.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад