Главная > Maraqlı > Masallıda Gender-əsaslı bərabərlik mövzusunda maarifləndirmə

Masallıda Gender-əsaslı bərabərlik mövzusunda maarifləndirmə


13-10-2022, 18:19. Разместил: admin44

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Din və Qadın Hüquqları İctimai Birliyinin icra etdiyi “Gender-əsaslı bərabər hüquqlar üzrə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə start verildi.

Layihənin ilk tədbiri Masallı rayonunun Hişkədərə kəndində keçirildi. Tədbiri giriş sözü ilə Hişkədərə kənd İƏD üzrə nümayəndəsi Qumra Cəfərova açaraq gələn qonaqları salamlamış və layihənin faəliyyətinə uğurlar arzulamışdır.

Daha sonra Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşova layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat vermişdir. O bildirmişdir ki, layihə çərçivəsində Masallı və Cəlilabad rayonlarının 3 yerində bu tip görüşlər keçiriləcəkdir.
Layihənin eksperti Afiq Məlikov çıxış edərək Gender stereotipləri, gender bərabrəliyi, gedner təhsili, Azərbaycan Respublikasının qadın və kişilərin hüquqları ilə bağlı qanunvericiliyini iştirakçıların diqqətinə çatdırmışdır.

Seminarda iştirakçılarla fikir mübadiləsi aparılmış və təkliflər dinlənilmişdir.

Seminarda iştirak edənlərə sonda sertifikatlar təqdim edilmişdir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 

шаблоны для dle 11.2
Вернуться назад