Главная > Maraqlı > “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Qazi Elvin Əkbərovu ziyarət

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Qazi Elvin Əkbərovu ziyarət


13-10-2022, 18:27. Разместил: admin44

13 oktyabr 2022-ci il tarixində “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Əkbərov Elvin Meybət oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.

Əkbərov Elvin Meybət oğlu 24 iyul 1998-ci il tarixində Rusiya Federasiyasının Krasnoyarsk diyarının Norilsk şəhərində anadan olmuş, 2005-2016-ci illərdə Masallı rayon Güllütəpə kənd tam orta məktəbində təhsil almışdır. 2019-2020-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Əkbərov Elvin Meybət oğlu 27 Sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Əkbərov Elvin Meybət oğlu “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад