Главная > Maraqlı > Doğma Qarabağımıza həyat yenidən qayıdır

Doğma Qarabağımıza həyat yenidən qayıdır


14-10-2022, 13:39. Разместил: admin44
           
1993-cü ildə  ulu öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ulu öndərin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək xalq onu özünə yeni Prezident seçdi. Möhtərəm Prezidentimiz ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.
           
19 il ərzində Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev müdrik  siyasəti ilə Azərbaycanı böyük inkişaf yoluna çıxarmışdır.Cənab İlham Əliyev 19 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri yüksək səviyyədə həyata keçirdi. Bu müddət ərzində ölkəmizdə bütün sahələrdə yüksəliş olub, insanların rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib,  beynəlxalq arenadakı nüfuzumuz yüksəlib. Ölkəmiz bu illər ərzində  beynəlxalq müstəvidə öz sözünü deyən, cənab Prezidentimizin təşəbbüsü ilə bir çox böyük layihələr icra olunmuşdur. Bakı-Tibilisi-Ceyhan, Bakı-Ərzurum, Bakı-Tibilisi-Qars, TANAP, TAP layihələri ölkədə aparılan genişmiqiyaslı işlərin bariz nümunəsidir. Cənab İlham Əliyevin vəd etdiyi bütün siyasəti uğurla həyata keçirildi.Beynəlxalq tədbirlərə ev sahibliyi edir,dünya ölkələri ilə bir sırada dayanır.Azərbaycan böyük inamla İlhamla irəli gedir.
               
19 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.Ötən 19 il ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
   
 Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkəmizin iqtisadi, siyasi üstünlüyü, dövlət başçımızın qətiyyəti, iradəsi açıq-aydın görünür. Prezident İlham Əliyev elə müdrik və mükəmməl siyasət həyata keçirir ki, qarşı tərəf nə qədər əngəl, maneə yaratmaq istəsə də, heç nəyə nail ola bilmir və bilməyəcək.
             
44 gün davam edən və şanlı Qələbə ilə bitən Vətən müharibəsi bu gün də siyasi, diplomatik müstəvidə davam edir. Azərbaycan ötən müddət ərzində addım-addım öz mühüm vəzifəsinə doğru irəliləyir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində məqsədlərimizə nail oluruq. Bu gün artıq biz Şuşadayıq, Laçındayıq,Qarabağımızdayıq.
                 
Bu qayıdışa Ali Baş Komandanımıza, Şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına, rəşadətli Ordumuza təşəkkür edirik. Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində doğma Qarabağımızda həyat yenidən qurulur.Biz bu gün çox xoşbəxtik, çünki öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq.Möhtərəm Prezidentimizin apardığı yol şərəfli yoldur,qələbələr yoludur. Biz həmişə qələbələr yolu ilə gedəcəyik.
 

Əntiqə Tağıyeva,
YAP Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya
təşkilatının sədri.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az            
    шаблоны для dle 11.2
Вернуться назад