Главная > Maraqlı > Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir

Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir


14-10-2022, 11:03. Разместил: admin44


“Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.                              


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev


Azərbaycan və Türkiyə arasında dostluq,qardaşlıq əlaqələrin böyük tarixi var. Kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz eynidir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq ən ağır günlərdə biri-birinin yanında olub  və hər zaman biri-birinə dəstəkləyiblər. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. İkinci Qarabağ  müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühyaribənin  ilk saatlarında Azərbaycan tək deyil,Türkiyə onun yanındadı deməsi Azərbaycaa əlavə güc verdi. Türkiyə öz dostluğunu qardaşlığını bir dahya sübut etdi.Eləcədə  Tarixi Qələbəmizə  sevinərək  dəsdəklədi. Regionda sülh və sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq iki qardaş ölkə rəsmən müttəfiqlik zirvəsinə ucaldı.

Bu müttəfiqlik özünü hər yerdə göstərir–siyasətdə,iqtisadi əlaqələrdə,enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində,mədəniyyətdə,təhsildə,ordu qurucuıuğunda və.s.Nə qədər ki, iki qardaş ölkə bir yerdə inamla addımlayırsa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.Regionda sülh və sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərir. Bir böyük millətin iki dövləti Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixin bütün sınaqlarından şərəflə çıxaraq, təkcə ölkələrarası deyil, həm də fərd olaraq vətəndaşlıq münasibətləri əsasında möhkəm təməllər üzərində qurulub. Bu sarsılmaz iradə fonunda indiyədək dünya çapında belə qardaşlıq nümunəsi nəzərə çarpmayıb". Bu gün Türkiyə-Azərbaycan birliyi beynəlxalq müstəvidə də vahid güc mərkəzidir: "Bu güc mərkəzi iki qardaş xalqın səmimi birliyi üzərində qurulub. Türkiyə-Azərbaycan dostluğu çağdaş dünyanın dəyişkən siyasi gedişatından kənar və müqayisəolunmaz bir ittifaqdır. Bu iki dövlət beynəlxalq arenada həm də bir millətin bir dövlət maraqlarının təmsilçisi kimi qəbul olunur".



Həsənova Lətifə,
Maallı rayon Hydər Əliyev Mərkəzinin əməkaşı




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад