Главная > Maraqlı > Qalib Sərkərdə -Ali Baş Komandan !

Qalib Sərkərdə -Ali Baş Komandan !


15-10-2022, 12:06. Разместил: admin44

Azərbaycan xalqı və onun müzəffər ölkə başçısı- İlham Əliyev.Biz xalqına belə sədaqətlə xidmət edən,qüdrətli rəhbər ,ağıllı strategiyalarla ölkəsini idarə edən Ali Baş Komandanımıza minnətdar olmalı və ölkə başçımıza layiq vətəndaş olmağa çalışmalıyıq.İlham Əliyev dahi rəhbər,ulu öndər Heydər Əliyevin layiqli davamçısıdır.İlham Əliyev 1961- ci ilin 24 dekabrda Bakı şəhərində anadan olmuşdurOrta təhsilini Bakıda  bitirərək  Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.Bir çox yerlərdə yüksək təhsil  alan İlham Əliyev atasının uğurlu siyasətini uğurla həyata keçirməyə davam edir.

Əvvəlcə Milli Məclisin deputatı,Baş nazir  kimi vəzifələrdə çalışmış və daha sonra isə 2003- cü ildə Prezident Seçkilərində qalib gələrək ölkəni idarə etməyə başlamışdır.Belə ki,onun siyasəti nəticəsində artıq Azərbaycan öz sözünü demiş,Cənubi Qafqazda lider dövlətə çevrilmiş və ən əsası da öz torpaqları uğrunda gedən müharibədə qalib gəlmiş bir ölkədir.Biz bu cümlələri məhz Ali Baş Komandanımızın uğurlu siyasəti ,ağıllı strategiyası nəticəsində fəxrlə deyə bilirik.İlham Əliyev  beynəlxalq görüşlərdə,həmçinin 44 günlük müharibə zamanı Azərbaycana ünvanlanan qərəzli siyasətə,qərəzli suallara  yüksək  səviyyəli danışıqlarla,verdiyi cavablarla Azərbaycanın mənafeyini uğurla müdafiə etmişdir.Beynəlxalq arenalarda ermənilərin qondarma Dağlıq Qarabağ  haqqında siyasətlərini hər dəfə uğurla  dəf etmiş,ermənilərin işğalçı dövlət kimi tanınmasında xidmətləri olmuşdur.

İlham Əliyev  sadəcə siyasətdədeyil,idman,inəsənət,təhsil və başqa sahələrdə də mühüm xidmətlər göstərərək millətimizin qəlbində öz əvəz  edilməz yerini tutmuşdur.Yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik  olan prezidentimizin sayəsində qısa müddət ərzində idman  sahəsində irəliləyərək dünya üzrə şöhrət     qazanmış,beynəlxalq yarışlara ev sahibliyi etmişdir.Təbii ki, bütün bunlar    
Bakının beynəlxalq nüfuzuna da müsbət təsir etmişdir Bütün bunlardan başqa onun təhsildəki siyasəti  də təqdirəlayiqdir.Belə ki, onun xarici ölkədə təhsil alan gənclərə dəstəyi,həmçinin ölkəmizdəki tələbələrə dəstək kompaniyaları danılmazdır və qiymətləndirilməlidir .                              
Müzəffər Ali Baş Komandan adına layiq bir şəxs olan rəhbərimiz bu adın  ,həqiqətən də layiqli daşıyıcısıdır.Məhz onun uğurlu siyasəti  nəticəsində 30 illik  vətən həsrətinə son qoyulmuş,30 illik qisas hissinə son qoyulmuşdur.Onun " Dəmir yumruq" şüarı altında ,doğrudan da, hamımız dəmir yumruğa döndük və   bu birlik  bizi qələbəyə apardı.Bu şanlı qələbə və müzəffər başçımız  beynəlxalq    aləmdə Azərbaycanın qüdrətindən danışılmağa,yaddaşlarda qalib xalq kimi qalmağa səbəb oldu.Bütün bunlardan başqa İlham Əliyev ölkədəki insanların rahat yaşayış məsələrini, həmçinin insan hüquq və azadlıqlarının tam təmin olunması üçün  tədbirlər görür və bunları daim diqqət mərkəzində saxlayır.  
 
İlham Əliyev və onun qətiyyətli, cəsarətli,ağıllı siyasəti  Azərbaycana çox şey qazandırdı.Ən başlıcası  da ərazi bütövlüyümüzü təmin etdi.Onun siyasi portreti dünyada tanınır.Onun fəaliyyətinin mərkəzində qurmaq,inkişaf etmək ,xalqa xidmət etmək, və onların daha da  firavan yaşamasına şərait yaratmaqdır.İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində ermənilərin uydurduğu yalanlar ifşa olundu.Azərbaycanın haqlı olduğu sübuta yetirildi.Beynəlxalq düşüncə,beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi.Yüksək döyüş qabiliyyətli  ordu yaradaraq və düzgün strategiya yürüdərək qalib gələn  və müzəffər Ali Baş Komandan adını alan ölkə başçımız daim var olsun.                        



Cəfərova Aytən Balağa qızı,
Ərkivan qəsəbəsi C.Cabbarlı adına  1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад