Главная > Maraqlı > Füzuli şəhərinin 2020-ci il 17 oktyabr tarixində işğaldan azad olunmuşdur

Füzuli şəhərinin 2020-ci il 17 oktyabr tarixində işğaldan azad olunmuşdur


13-10-2022, 12:45. Разместил: admin44

27 illik həsrət, 27 illik göz yaşı  şanlı Azərbaycan Ordusu və Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunması ilə başa çatdı . Şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad  etmə əməliyyatları davam edir. İllərdir əsl sahiblərinin həsrətini çəkən torpaqlarımızda müzəffər ordumuzun  ayaq səsləri eşidilir . Tarixi yurdumuzda artıq üçrəngli bayrağımız dalğalanır.  2016-cı ildə azad edilən Lələtəpə yüksəkliyi bizi növbəti zəfərlərə apardı.
       
2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində böyük Qarabağın azad olunması yolunda addımlar atıldı . Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir . Son günlər ərzində cənab İlham Əliyev xalqa xəbər verərək azad olunan torpaqların adlarını qeyd edərək xalqın böyük , təsviredilməz sevincinə şərik olmuş və rəğbətini qazanmışdır.  İlham Əliyev istər  sosial şəbəkələr vasitəsilə ,istərsə də ekran qarşısında xalqa üz tutaraq məlumatlandırmışdır. Adı açıqlanan torpaqlarımızdan biri də Füzuli şəhəri idi.
         
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.  2020-ci il 29 sentyabr tarixindən Füzuli şəhərinin azad olunması ilə bağlı hücumlar edilmişdir və 17 oktyabr tarixində Füzuli rayonunun aşağıdakı kəndləri işğaldan azad olunmuşdur: Qoç Əhmədli kəndi, Çimən kəndi , Cuvarlı kəndi, Pirəhmədli kəndi,  Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri .
           
Füzuli rayonunun işğaldan azad olunduqdan sonra  yeni inkişaf dövrünə qədəm qoyulmuşdur.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərlər etmiş və Füzuli şəhərində Azərbaycan bayrağının ucaltmış,Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi olmuşdur. Eyni zanda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun kilometrində yolunun və  həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması.

Füzuli Azərbaycandır ! Qarabağ Azərbaycandır!


Aycamal Bağırova,
Masallı rayonu N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад