Главная > Maraqlı > Füzuli şəhərinin 2020-ci il 17 oktyabr tarixndə işğaldan azad olunması
Füzuli şəhərinin 2020-ci il 17 oktyabr tarixndə işğaldan azad olunması15-10-2022, 13:02. Разместил: admin44 |
1993-cü il avqust ayının 23-də Erməni hərbiçiləri tərəfindən Füzuli şəhəri işğal edilmişdir.Şəhərin bir çox ətraf əraziləridə işğala məruz qalmışdır.Şəhərin işğalı nəticəsində 400 nəfərdən çox müharibə əlili,687 nəfər Şəhid olmuş,181 nəfər əsir və itkin düşmüşdür. Zəngin infrastruktura və tarixi abidələrə malik olan ərazimiz düşmən tərəfindən dağıdılmış,hər yer məhv edilmişdir. 2020-ci il oktyabrın 17-də Ali Baş Komandan İ.Əliyev Azərbaycan xalqına illərdir gözlədiyi xəbəri verdi.Füzuli rayonu və bir çox ətraf ərəzilər işğaldan azad olunmuşdu.Bu xəbər bütün Füzulilərin 30 illik həsrətinə son qoymuşdur. Füzuli döyüş meydanında fədəkar Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir.Doğrudan da,çox böyük fədəkarlıq,şücaət,peşəkarlıq tələb edən döyüşlərdə ordumuz düşmənə layiqli cavabını vermişdir. Füzulini azad etmək çox çətin bir şəraitdə baş vermişdir.Ordumuz üzərinə düşən missiyanın öhdəsindən gələ bilmişdir.Çünki şəhər uğrunda aparılan döyüş Vətən Müharibəsi zamanı ən çətin döyüşlərdən hesab olunur.30 ilə yaxıın bir vaxtda düşmən o qədər möhkəm istehkam qurmuşdu ki,bəziləri hesab edirdilər ki,şəhəri azad etmək mümkün olmayacaq. Füzulinin azad edilməsi ilə tarixi,qədim yaşayış məskənimiz azad olundu. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuliyə səfər etdilər.Möhtərəm Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da isə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi.Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cənab İlham Əliyevin Füzuli şəhərinə sonraki səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının,Horadiz-Ağbənd dəmir yol xəttinin,Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulmuşdur. 17 oktyabr nəinki Füzulilərin xatirəsində,Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Ş.Xəlilova, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |