Главная > Maraqlı > Füzuli şəhərinin 2020-ci il 17oktyabr tarixində işğaldan azad olunması

Füzuli şəhərinin 2020-ci il 17oktyabr tarixində işğaldan azad olunması


16-10-2022, 13:05. Разместил: admin44

Füzuli rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə təxminən 144 min nəfərdi. Bölgə inzibati ərazi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuş. Rayon kimi 1830-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdı. 1959-cu ildə Azərbaycan şairi M.Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlanmışdı.
             
Füzuli həm də tarixi abidələri ilə daima seçilən bir ərazi olub.Hələ 1968-ci ildə Arxeoloq  M.Hüseynov tərəfindən Füzuli rayonunun Quruçay dərəsindən qədim insana məxsus alt çənə sümüyünün tapılması o ərazinin umumilikdə  Azərbaycanın ən qədim insanların yaşaylş məskəni olduğunu sübut etmişdi.1993 -cü il 23 avqustda Füzuli şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi..Füzuli çoxlu sayda insan tələfatına,dagıntılara məruz qalmışdı. Ermənilərin Azərbaycanın, Qarabağın ərazilərini dağıtmaqda, tarixi abidələri maddi-mədəni qalıqları məhv etməkdə məqsədi ərazi iddialarının puça çıxmaması idi. Bir il sonra 1994-cü ildə Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi eyni zamanda Horadiz şəhəri işğaldan azad edilsə də,sonralar düşmənin hərbi hiyləsi nəticəsində yenidən ələ keçirilmişdi....
               
2016-ci il aprel döyüşlərində Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” yüksəkliyi azad edilmişdi.  2020-ci il iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhəddində hücuma cəhd etdilər. 11 gün davan edən şiddətli döyüş nəticəsində General mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev daxil olmaqla azerbaycanın 12 nəfər hərbiçisi həlak oldu.Artlq müharibə üçün qığılcımlar yaranırdı.2020-ci il 27 sentyabrda Ermənistan silahli qüvvələrinin hücumu nəticəsində müharibə başladı. 2020-ci il 28 sentyabr Azərbaycanda hərbi vəziyyət edilmişdi. Prezidentin televiziya vasitəsi ilə xalqa səslənən çıxışları. Bu çıxışlardda həyəcan,sevinc,kədər vardı amma əsla məyusluq yox idi.Xalq tarix yazırdl. Əsgərlər ön cəbhədə,mülkilər isə arxada. Silah savaşı söz savaşlna qarışmışdı. Bu müharibənin devizi “Qarabağ Azərbaycandır”olmuşdur..Ali baş komandan İlham Əliyevin dəmir yumruq əməliyyatı xalqı birliyə,qorxmazlığa çağırırdı.
             
2020-ci il 17 oktyabr tarixində İlham Əliyevin rəhbərliyi altında, müzəffər ordumuzun şücaəti sayəsində Füzuli yağı düşmən tərəfindən azad edildi. 2020-ci il 8 noyabr artlq bizim üçün zəfər günü idi.27 sentyabt anlm günü kimi təsis olundu.2020-ci il 10 dekabrda Zəfər Paradı keçirildi.Dünyada şəhidini döyüş meydanı daxil,bütün meydanlarda başı üzərində daşıyan tək ölkədir Azərbaycan.Təxminən 30 il işğal altında qalan Füzulinin işğalından bu gün 2 il ötüb keçir.Bu gün biz qürur hissi ilə danışırlq.30 illik sükunəti canı bahasına pozan şəhidəri də unutmayacağıq. Mən qürurlu bir o qədər də kədərli notlar üzərində qurulan bu yazımı öz yazdığım şerimlə bitirirəm.

Uzaq keçmişdən gələn adın,
Oğuzun izindən yaranan torpağın.
Göytürkdən miras qalan bayrağın,
Sən ey Vətənim,Azərbaycanlm!!!!



Ağayeva Leyla Azər qızı,
Masallı rayon Yolağac kənd tam orta məktəbinin Tarix müəllimi




“Yeni həyat” qəzeti
www.yeniheyet.az 
шаблоны для dle 11.2
Вернуться назад