Главная > Maraqlı > Füzuli şəhərinin 2020 ci il 17 oktyabr tarixində işğaldan azad olunması

Füzuli şəhərinin 2020 ci il 17 oktyabr tarixində işğaldan azad olunması


17-10-2022, 12:54. Разместил: admin44

Artıq neçə illər idi ki ,Azərbaycan öz tarixinin ağır səhifələrini yaşayırdı . Azərbaycan xalqına elan olunmamış müharibə davam edirdi.Bizim sakit həyatımıza qəflətən soxulan müharibə , çoxlu dərd-sər və bəlalar gətirmişdir. Müharibəyə səbəb _ermənilər tərəfindən Azərbaycan ərazisinin bir hissəsi işğal olunmuşdur.Qabaqcadan hazırlanmış mənfur planlar haqqında Azərbaycan xalqı tamamilə xəbərsiz idi. Yağı düşmən neçə illər idi ki , çirkin planlar cızmış ,Qarabağı və ətraf rayonları ələ keçirmək üçün planlar qurmuşdur.

Hər bir hiyləyə ,yaltaqlığa əl atan ermənilər ,xarici diasporların və daxili satqınların köməyi ilə təəssüf ki ,öz iyrənc planlarını həyata keçirə bilmişdilər. Ermənistan ərazisindən azərbaycanlıları ilk dəfə 1988 ci ildə qovmağa başladılar. Yüzillərlə dədə - baba torpağında yaşayan soydaşlarımızı öz diyarlarından vəhşicəsinə qovdular. Aybaay qaçqın axını sürətlənirdi. Bu hadisələrdən çox keçməmişdi ki ,qanlı Yanvar hadisəsi baş verdi.Və yenə də yüzlərlə şəhid ,yaralı verdi Vətənimiz! Ermənistanın hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan ,Prezident İlham Əliyevin komandanlığı ilə  rəşadətli Ordumuzun 2020 ci il 27 sentyabr tarixində başladığı əks - hücum əməliyyatları nəticəsində erməni hərbi birləşmələri darmadağın edildi.

30 il  işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu.Vətən müharibəsində Füzulinin azad edilməsi məqsədi ilə keçirilən hərbi əməliyyat Ordu Komandanlığının yüksək peşəkarlığını ,əsgərlərimizin fədakarlığını ,qalib gəlmək əzmini bir daha nümayiş etdirdi .Füzuli şəhəri daxil olmaqla rayonun digər kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020 ci il tarixində işğaldan azad edildi .44 günlük müharibədə Azərbaycan xalqı yorulmadan qələbəyə doğru addımlayırdı .Bu birlik Böyük Zəfərin qazanılmasında başlıca amil idi.Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi ,qədim yaşayış məskənimiz azad olunduqdan sonra on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı.Sonradan Füzuli - Şuşa avtomobil yolunun - Zəfər yolunun təməli qoyuldu.

Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.Bu yolun çox böyük əhəmiyyəti var .Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.Bu gün xalqımız ölkə Prezidenti ,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti ,uzaqgörən siyasəti ,ordumuzun güc - qüdrəti ilə nail olunan Zəfər sevincini yaşayır.Biz qürur duyuruq ki,xalqımızın dünyada bu səviyyədə sevilən ,hörmət bəslənilən , Ulu Öndərimiz Heydər Əliyevin davamçısı olan İlham Əliyev kimi Prezidentimiz var!

 Eşq olsun Azərbaycan əsgərinə ,eşq olsun Azərbaycan Ordusuna , eşq olsun Azərbaycanımızın Prezidenti ,Ali Baş Komandanı cənab İlham Əliyevə .                                      

Mövsümova Vəfa Əsgər qızı,
C.Cabbarlı adına Ərkivan qəsəbə 1saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад