Главная > Maraqlı > Prezident İlham Əliyevin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış etmişdir
Prezident İlham Əliyevin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış etmişdir16-10-2022, 14:31. Разместил: admin44 |
Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Ölkəmizin başçısı İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdiyini xüsusi vurğuladı. Azərbaycan dövləti bu illər ərzində diplomatik sahədə beynəlxalq aləmdə nüfuz qazandı, Azərbaycanı və Azərbaycan xalqını bütün dünya tanımağa başladı. Nəhayət 27 sentyabr 2021 ci ildə Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytarmaq üçün ayağa qalxdı, və bütün dünyaya sübut elədi ki, biz illər ərzində Qarabağ problemini sülh yolu ilə həll etməklə torpaqlarımızı geri qaytarmaq istəsəkdə rəsmi İrəvan “Dəmir yumruq” yeməməyə iştahlıdır. Bu gün rəsmi İrəvan yediyi yumruqun dadını unudaraq yeni təxribatlar törətmək, yeni cinayətlərə əl atmaq üçün yeni himayədarlarla əlaqələr qurmağa can atır. Bütün dünya ölkələri Azərbaycanın yolunun haqq yolu olduğunu bilsə də, bəzi ermənipərəst qüvvələr sabitliyin pozulmasında, Azərbaycan xalqının öz torpaqlarını geri qaytarmasına əngəl törətməkdə maraqlıdırlar. Bəli, bütün illərdə bu cinayət əməllərinin adekvat cavabı verilsədə, düşmən heç bir nəticə çıxarmamışdır. 44-günlük müharibə başlamışdan əvvəl də İrəvan öz çirkin əməllərindən əl çəkməmişdir. Belə ki, xain zərbələri nəticəsinə onlarla yüksək rütbəli hərbçimiz həlak olmuşdur. Bunlar artıq bardağı daşıran son damla oldu. 13-14 sentyabr 2022-ci ildə törədilən cinayətdə 79 şəhid 100 dən çox yaralımızın olması bu yeni cinayətə əl atmaq istəyinin bariz nümunədir. Qeyd etdiyim kimi, rəsmi İrəvan həmişə olduğu kimi bütün törətdiyi cinayətlərin cavabını laiqincə alacaq. Rəsmi İrəvanın unutduğu bir şey var: Azərbaycan xalqı elə bir xalqdır ki, humanist, səbrli mərhəmətli olduğu qədər qətiyyətli, igid və qorxmaz bir xalqdır. Nə tökülən zərrə qanın qisasını almadan nə də bir qarış torpağın hesabını etmədən İrəvanın başından yumruğu əskik etməyəcək! Ceyhun Hüseynov, Masallı RMX, İƏ şöbəsi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |