Главная > Maraqlı > Qardaş Fətullayev - 75

Qardaş Fətullayev - 75


16-10-2022, 16:21. Разместил: admin44

Masallı Gənclər evində rayonun nüfuzlu şəxsiyyətlərindən biri, Masallı Ziyalıları İctimai Birliyinin sədri, rayonda təhsilin inkişafında əməyi olan "Şərəf nişanı" ordenli, "Əmək igidliyinə görə" və "Tərəqqi" medallı Qardaş Məhərrəm oğlu Fətullayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib. İştirakçılar eyni zamanda Filologiya elmləri doktoru ,tənqidçi alim Vaqif Yusiflinin yubilyara həsr etdiyi "Həyatla üz-üzə" kitabının təqdimatını da  keçirmişlər.

Yubiley tədbirində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açan Lənkəran - Astara Regional təhsil idarəsi Masallı sektorunun müdiri Qoşqar Hətəmov yubilyarın  ömür yoluna səyahət etmişdir.

RİHB-nin müavini Aybəniz Qafarova rayon rəhbərinin təbrik məktubunu və hədiyyəsini yubilyara çatdırmışdır.

YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev Q.Fətullayevə xoş arzularını bildirmiş və ona hədiyyə təqdim etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın məsul katibi, Azərbaycan Jurnalistlər Birliyinin Masallı Rayon Təşkilatının sədri Həsənağa Əliyev xəbər verir ki, Filologiya elmləri doktoru, tənqidçi alim, "Həyatla üz-üzə" kitabının müəllifi Vaqif Yusifli, yazıçı - publisist Nurəddin Muğanlı, ADPU-nun baş müəllimi Məlakət Abdullayeva, gündəlik  "Respublika" qəzetinin bölgə müxbiri  Əlisəfa Həsənov, Milli Məclisin deputatlartı Professor Anar İskəndərov və Məşhur Məmmədov, Sumqayıt Dövlət Universitetinin baş müəllimi, şərqşünas -yazıçı Əli Rzazadə, şair-publisist Süleyman Əlisa, Fəlsəfə doktoru Əsmər Hüseynova, Azərbaycan Dövlət İncəsənət Universitetinin baş müəllimi, jurnalist - publisist Zakir Abbas, Lənkərandan şair Ağamir Cavad, şair Ağacəfər Həsənli və başqaları çıxış edərək yubilyara xoş arzularını çatdırmışlar.

Yubilyar Qardaş Fətullayev 75 illik yubileyinin keçirilməsinə görə Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov və iştirakçılara minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад