Главная > Maraqlı > Masallıda “Erkən nigah. Erkən gəncliyin sonu” adlı tədbir

Masallıda “Erkən nigah. Erkən gəncliyin sonu” adlı tədbir


17-10-2022, 15:25. Разместил: admin44

“Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı yeni layihəsini reallaşdırmağa başlayıb.
Uzun illərdir ki, erkən nikah günümüzün bəlalarından birinə çevrilib. Son zamanla bu sahədə nəzərəçarpacaq irəliləyişlər olsa da, bu “yaranın” kökünü kəsmək üçün daha ciddi, daha orijinal tədbirlərə ehtiyac duyulur.

Məhz bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümidim sənsən" Sosial İnkişafa Yardim İctimai Birliyinin "Erkən Nikah, Erkən gəncliyin sonu"  Cənub bölgəsində ictimai məsulliyətin artırılmasi üzrə silsilə tədbirlərin icrasina başlamışdır.

Tədbirlərin əsasən Masallı  rayonun ucqar ərazilərində, o cümlədən Lerik  və Yardımlı ərazilərində nəzərdə tutulub.

İlk olaraq  Masallı Rayonunun Qarğalıq və Güllütəpə məktəblərində  layihə çərçivəsində həm yuxarı sinif qızları və valideynlərlə görüşlər keçirilib.

Növbəti tədbirlər isə Masallı rayonunun Ərkivan qəsəbəsi, Qızılağac ,Qizilavar, Qəriblər kəndlərində, eləcə də Yardımlı və Lerik rayonlarında təşkil olunacaq.

Məktəb şagirdlərinin, müəllimlərin və valideyinlerin  iştiraki ilə tədbirdə maraqli fikirlər təkliflər irəli sürürlüb. Tədbirlərdə erkən nikahla bağlı video-roliklər nümayiş etdirilib. İştirakçıların sualları cavablandırılıb. Yerli kənd sakiləri və məktəb şagirdləri belə tədbirləri daha tez-tez olmasını arzu ediblər.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад