Главная > Maraqlı > Azərbaycan münaqişəni özü həll etdi
Azərbaycan münaqişəni özü həll etdi18-10-2022, 08:32. Разместил: admin44 |
İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarınıartıran, uğurlu siyasət həyata keçirən Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həllinə də özü nail oldu. Ölkəmiz 44 günlük Vətənmüharibəsi zamanı işğalçı Ermənistanı döyüş meydanında məğlubedərək kapitulyasiya aktına imza atmağa məcbur etdi.Beləliklə,Azərbaycanın öz qüdrəti ilə yaratdığı yeni situasiya həm regionda,həm də dünyada vəziyyəti tamamilə dəyişdirdi.Prezident İlhamƏliyevin dediyi kimi “Hazırda regionda tamamilə yeni vəziyyətmövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həlletdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu”. İşğalçı ErmənistanDağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütünqətnamələrə baxmayaraq,işğalçılıq siyasətindən əlçəkmədi.Ermənistanın ardıcıl təxribatları, digər tərəfdən ATƏT-inMinsk qrupunun cılız mövqeyi Azərbaycan xalqının səbrinin tamtükənməsinə səbəb oldu. Beləliklə, Azərbaycan əks-hücuməməliyyatları ilə münaqişənin həllini təmin etdi, torpaqlarımızişğaldan azad edildi.Beləliklə, uzun illərdir beynəlxalq təşkilatlarınsülh yolu ilə həll edə bilmədikləri, bu münaqişəni Azərbaycan öz gücü,səriştəsi hesabına həll etdi. Dövlətimiz bu günə qədər necə düzgünsiyasət həyata keçiribsə, bundan sonra da bu uğurlu siyasət davametdiriləcək və regiondakı gücünü, qüdrətini, nüfuzunu qoruyubsaxlayacaq. Əldə olunan bu üstünlük bizə imkan verəcək ki, hərzaman güclü olaraq qalaq. Lətifə Həsənova, Masallı rayon sakini "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |