Главная > Maraqlı > Masallıda “Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq tarix dərs

Masallıda “Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq tarix dərs


18-10-2022, 17:33. Разместил: admin44

Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq tarix dərsi keçirilib. Miyankü kənd tam orta məktəbinin şagirdləri üçün təşkil edilən dərsi Mərkəzin direktoru Dilbər İbayeva aparmışdır.

Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi proseslərində misilsiz xidmətlərini, respublikaya rəhbərlik etdiyi dövrlərdə milli ideologiyaya, xalqın mənəvi dəyərlərinə çox böyük önəm verdiyini vurğulamışdır.

Dərsdə eyni zamanda Müstəqil Azərbaycan Respublikasında bütöv bir epoxanın Heydər Əliyevin adı ilə bağlı olduğu, xalqın tarixi ənənələrinin, mənəvi və mədəni irsinin qorunması sahəsindəki siyasi kursun bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur. Dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda dinləyicilər Ümummilli lider Heydər Əliyev irsini əks etdirən eksponatlarla tanış olublar.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад