Главная > Maraqlı > Masallıda gənc eko-səfirlərin hazırlanması təlimləri başa çatıb

Masallıda gənc eko-səfirlərin hazırlanması təlimləri başa çatıb


18-10-2022, 17:36. Разместил: admin44

Masallı şəhərində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı  ictimai  birliyi tərəfindən icra olunan  “SƏHRALAŞMAYAQ”gənc eko-səfirlərin hazırlanması layihəsinin  təlimləri başa çatmışdır. Üç günlük davam edən təlimlər 15, 16 və 17 oktyabr 2022-ci tarixlərində keçirilmişdir. Layihənin müddəti iki ay olmaqla 01 sentyabr – 01  noyabr  2022-ci il tarixləri əhatə edir.          

Bu barədə  məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim  onlayn müraciətlər içərisindən Astara, Lənkəran, Masallı, Yardımlı və Biləsuvar rayonlarından seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilmişdir. Layihənin məqsədi ətraf mühitin səhralaşmasına qarşı gənc nəslin diqqətini cəlb etmək, bu sahədə ictimai nəzarətin aparılmasında gənclərin fəallığının artırılmasıdır.

Layihə keçirilən təlimlərdə enercayzerlərlə və qrup işləri ilə yanaşı yanaşı gənclər və gənclər siyasəti, könüllülük və gənclərin könüllülük fəaliyyəti, ekoloji vəziyyət və ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, onun qorunması və ekoloji tarazlığın saxlanılması, ətraf mühirin qorunmasında gənclərin könüllülük fəaliyyətinin artırılması, gənclərin yaşıl iş yerləri barədə məlumatlandırlması, təbii sərvətlər və onlardan səmərəli istifadə, ölkəmizin ekoturizm və turizm potensialı,”qlobal, regional, milli və lokal problemlər və onların həlli yolları”, ictimai nəzarət və gənclərin ekosəfir kimi fəaliyyəti mövzularında gənclərə təlimlər keçirilmişdir.Təlimlər  uyğun mövzular üzrə təlimçilər Samir Axundov və Afiq Məlikov tərəfindən keçirilmişdir.Layihənin davamlılığının təmin eilməsi və gənclər arasında şəbəkələşmənin aparılması məqsədi ilə facebook sosial şəbəkəsində “SƏHRALAŞMAYAN GƏNCLİK” adlı qrup yaradılmışdır.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад