Главная > Maraqlı > Masallıda “Görünməyən qəhrəmanlar Dəniz pişikləri” filminin nümayişi

Masallıda “Görünməyən qəhrəmanlar Dəniz pişikləri” filminin nümayişi


18-10-2022, 17:50. Разместил: admin44

18 oktyabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinidə “Kinomaniya” layihəsi çərçivəsində Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsi zamanı əldə etdiyi zəfər qələbəsindən bəhs edən “Görünməyən qəhrəmanlar Dəniz pişikləri”(İstehsalçı ölkə: Azərbaycan) filmi nümayiş edilmişdir. Layihədə “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək “Kinomaniya” layihəsi haqqında gənclərə ətraflı şəkildə məlumat verib, layihənin sonunda təşkil olunacaq yarışda iştirak edən gənclərə uğurlar arzulayıblar.

Qeyd edək ki, 14 oktyabr tarixindən gənclər evlərində “Kinomaniya” layihəsi çərçivəsində bir-birindən maraqlı, fərqli janrlarda filmlərin nümayişinə başlanılıb, bu layihə çərçivəsində təkcə filmləri izləməklə qalmayacaq eyni zamanda hər ay filmlərlə bağlı əyləncəli bir yarışmanın iştirakçısı olaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəksiniz.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад