Главная > Maraqlı > Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü barəsində protokol tərtib olunub
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü barəsində protokol tərtib olunub18-10-2022, 18:02. Разместил: admin44 |
Oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib. Masallı Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |