Главная > Maraqlı > Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur
Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur19-10-2022, 11:14. Разместил: admin44 |
Dünyaya sülh,ədalət,demokratiya dərsi keçməyə çalışan Fransa rəsmiləri son zamanlar populist çıxışlar və qərəzli mövqe sərgiləməkdə davam edir.Onlar belə durumda həmişə türkün sərt təpkisi ilə qarşılaşır.Belə populist çıxış və qərəzli mövqe sərgiləyənlərdən biri də Fransa prezidenti Makron oldu.Dünya yaxşı bilir ki,Fransa Prezidentinin təxribatçı açıqlamaları riyakarlıqdan başqa bir şey deyil .30 il ərzində Fransanın da həmsədrlik etdiyi Minsk qrupunun edə bilmədiyini, yaxud etmək istəmədiyini 44 günlük Vətən müharibəsində Azərbaycan güc yolu ilə gerçəkləşdirdi. 30 ilə yaxın kağız üzərində qalan qətnamələrin tələbləri "Dəmir yumruq"la, Ermənistanın döyüş meydanında cəzalandırılması ilə icra olundu. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan Prezident İlham Əliyev Fransa Prezidentinin faktları manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini bildirib: "Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib". Prezident cənab İlham Əliyevin dediyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu ölkənin mövqeyinin, rəhbərliyinin nə deməsinin isə Azərbaycan üçün əhəmiyyəti yoxdur. Torpaqlarını işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcək. Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri "Yeni həyat" qəzeti, wwww.yeniheyet.az Вернуться назад |